Vaqif Səmədoğlu ilə bağlı əhvalatlar

Məclislərin birində şair Qəşəm Nəcəfzadənin oğlu gənc yazar Kəramət Böyükçöl Vaqif Səmədoğlunun sözünü tez-tez kəsir. Birdən Vaqif müəllim əsəbiləşir:
— Bala, dədəm dədəndən böyük şairdir, özüm özündən sözümü niyə kəsirsən.

***

Vaqif Səmədoğlu Moskva-Həştərxan-Bakı təyyarəsi ilə vətənə gəlirmiş. Yolda yanında oturan qadınla tanış olur. Qadın Səməd Vurğundan xeyli danışır, onun şeirlərindən deyir, Vaqifin şair olduğunu bilmədiyi anlaşılır və bu Vaqifin kefinə dəyir. Arada necə olursa qadın ah çəkir:
— Nə ola, təyyarə Həştərxanda yerə enə, lap ürəyim sıxıldı…
Davamı →

Çeşmək | Əbdürrəhim bəy Haqverdiyev

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.
Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi
Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini yadından çıxarardı.
Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı.

Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.
Davamı →

Ensiklopedik zəka sahibi - Mir Möhsün Nəvvab

Klassik sənətkarların bədii irsinin qorunub saxlanılmasında təzkirə müəlliflərinin böyük rolu olub. Orta əsrlərdə Məhəmməd Ovfi, Dövlətşah Səmərqəndi, Əmir Əhməd Razi, Lütəli bəy Azər, Sam Mirzə, sonrakı dövrlərdə Rzaqulu xan Hidayət, Hüseyn əfəndi Qayıbov, Seyid Əzim Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Məhəmmədəli Tərbiyət və başqaları ağır zəhmətə qatlaşaraq sələflərinin və müasirlərinin əsərlərini toplayıb özlərindən sonrakı nəsillərə çatdırıblar.

Bu əhəmiyyətli işi XIX əsrin sonlarında uğurla davam etdirən görkəmli ziyalılardan biri də Mir Möhsün Nəvvabdır.

Azərbaycan mədəniyyəti tarixində şair, xəttat, rəssam, musiqişünas, astronom kimi məşhur olan bu ensiklopedik zəka sahibi həm də böyük filoloq – söz sərrafı idi. XIX əsrin 70-ci illərində Şuşada fəaliyyətə başlayan “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) ədəbi məclisinə başçılıq edən Nəvvab eyni zamanda Qarabağ şairlərinin əsərlərini toplayaraq sanballı bir kitab – təzkirə hazırlayıb.
Davamı →

Hüseyn Nadim Naxçıvani

XIX yüzillikdə Məhəmməd Tağı Sidqinin rəhbərliyi ilə Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin tanınmış üzvlərindən biri də Hüseyn Nadim Naxçıvanidir.

Hüseyn Abdulla oğlu Mehdiyev (Nadim) 1871-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Mollaxanada və Cəlil Məmmədquluzadənin dərs dediyi məktəbdə oxuyur. Atası vaxtsız vəfat etdiyindən təhsilini davam etdirə bilmir. Şəxsi mütaliə ilə savadını artırır. Ərəb və fars dillərini öyrənir, Şərq ədəbiyyatını, klassik Azərbaycan poeziyasını mənimsəyir.

Nehrəm kəndində kiçik çayxana açır. Bu çayxana həm də şeir-sənət adamlarının toplaşdığı məkana çevrilir. Culfadan, Ordubaddan ədəbiyyat həvəskarları onunla səmimi münasibət qururlar. O, tez-tez Ordubada gedib ədəbi məclislərdə iştirak edir.
Davamı →